Gülər Əhmədovanın namizdəliyi qeydə alınmayıb? -  Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gülər Əhmədovanın namizdəliyi qeydə alınmayıb? - Açıqlama

Siyasət

13 Yanvar 2020 15:34 1456


Kim deyir ki, Gülər Əhmadovanın namizədliyi qeydə alınmayıb?! Bizim hələ onun sənədlərinə baxmaq üçün 17 yanvara kimi vaxtımız var.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Axar.az-a sabiq deputat Gülər Əhmədovanın namizədliyini verdiyi 16 saylı Yasamal ikinci seçki dairəsindən bildiriblər. 

Dairədən qeyd edilib ki, G.Əhmədovanın namizədliyi qeydə alına da bilər, hələ sənədlərinə baxılır və ona namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı qərar verilməyib:“Hələ sənədlərə baxılır. Dairəmizdə 27 namizəd var. Gülər Əhmədova sənədlərini yanvarın 10-u, axşam təqdim edib. Bu vaxta qədər hələ də ona cavab verilməməsi qanunauyğundur, çünki cəmi 3 gün keçib. Bizim 17 yanvara qədər vaxtımız var. O vaxta qədər sənədlərə baxa bilərik”. pizza

Qeyd edək ki, keçmiş deputat Gülər Əhmədovanın namizədliyinin qeydə alınmaması barədə məlumatı özü yayıb: “Dostlar, mənim namizədliyim qeydə alınmayıb, nə münasibətlə təbrik edirsiniz? Yenə də sağ olun, gözəl insanlar!”

Xatırladaq ki, Gülər Əhmədova ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. O, sonuncu dəfə Xətai rayonundan deputat seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!