Güləş millimiz dünya çempionatında 3-cü yeri tutdu

saytların hazırlanması

Evə çatdırılma

Güləş millimiz dünya çempionatında 3-cü yeri tutdu

İdman

23 Avqust 2021 14:24 992


Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı başa çatıb.

Yenisabah.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz mundialda uğurlu çıxışla diqqət çəkib.

Məsul yarışa böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında 9 güləşçiylə yollanan komandamız 4 medal qazanıb. Həsrət Cəfərov (67 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. pizza hut

Yekunda 101 xal toplayan millimiz komanda hesabında dünya 3-cüsü olub. Rusiya (183) birinci, İran (130) isə ikinci yeri tutub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!