Güləş üzrə Azərbaycan yığmaları dünya çempionatına hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Güləş üzrə Azərbaycan yığmaları dünya çempionatına hazırlaşır

İdman

17 Avqust 2023 20:14 689


Sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, milli komandalarımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan məsul yarışa hazırlığı davam etdirirlər.

Sərbəst güləş üzrə yığmamız avqustun 9-dan Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Hazırlıq prosesi ayın 23-dək davam edəcək. Daha sonra komandamız DÇ üçün son hazırlıq mərhələsini Bakıda keçəcək. pizza

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə paytaxtda bir araya gəlib. Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında baş tutan hazırlıq prosesi avqustun 10-da start götürüb. Qadın güləşçilərimiz bazar günü Bakı toplanışını başa vuracaqsa, yunan-Roma güləşi üzrə yığmamız ayın 24-dək gündə iki dəfə olmaqla intensiv məşqləri davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!