Güləşçilərimiz Avropa çempionatında yeni rekorda imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz Avropa çempionatında yeni rekorda imza atdı

İdman

09 İyul 2023 16:04 1033


Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında yeni rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan milli komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş üzrə millinin yeni rekordudur.

Qeyd edək ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıblar. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!