Güləşçilərimiz Avropa çempionatının yarımfinalında 

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz Avropa çempionatının yarımfinalında 

İdman

20 May 2024 14:14 920


Azərbaycanın üç yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib. 

Yenisabah.az xəbər verir ki, Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar. 

R. Məmmədov gürcüstanlı Giorgi Toxadzeni, Z. Babaşov israilli Abere Feteneni, X. Həsənli isə Rumıniyalı Aleksandrin Qutunu sınağa çəkəcək.  pizza sifarişi

Bu gün xalça üzərinə çıxan digər Azərbaycan güləşçilərindən Laçın Vəliyev (87 kiloqram) təsnifatda, Sərxan Məmmədov (130 kiloqram) isə 1/4 finalda uduzub. 

Qeyd edək ki, Avropa çempionatına mayın 24-də yekun vurulacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!