Güləşçilərimiz dünya çempionatında rekorda imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz dünya çempionatında rekorda imza atdı

İdman

11 Oktyabr 2021 00:02 1668


Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, mundialın son 4 günündə klassik güləş üzrə mübarizə baş tutub. Toyuqlu pizza

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında uğurlu çıxış edib. Belə ki, yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Beləliklə, komandamız 6 illik fasilədən sonra DÇ-də ilk "3-lük"də qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə DÇ-də 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!