Güləşçilərimiz Oslodan vətənə döndü

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz Oslodan vətənə döndü

İdman

12 Oktyabr 2021 10:45 800


Norveçin paytaxtı Osloda keçirilmiş Dünya Çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan komandası 6 illik fasilədən sonra dünya çempionatında ilk “3-lük”də qərarlaşıb.

Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir. Dominos pizza

Xatırladaq ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!