Güləşçilərimiz yarımfinala yüksəldilər

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz yarımfinala yüksəldilər

İdman

07 Oktyabr 2021 16:46 718


Norveçin paytaxtı Oslodakı keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, bu gün Azərbaycanın 3 yunan-Roma güləşçisi  yarımfinala yüksəlib. 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli ardıcıl olaraq Koriun Sahradian (Ukrayna) və Sardarbek Konuşbayevi (Qırğızıstan) məğlub edib.

O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə üz-üzə gələcək. pizza mizza

Ülvü Qənizadə (72 kq) İdris İbayev (Almaniya) və Şmaqi Bolkvadzedən (Gürcüstan) güclü olsa da, Məhəmməd Muxtari (İran) ilə bacarmayıb. 77 kq-dakı Sənan Süleymanov Kayratbek Tuqolbayevə (Qırğızıstan), Daler Rzazadəyə (Tacikistan) və Roland Şvarts (Almaniya) qalib gəlib. O, yarımfinalda Tsimur Berdyieu (Belarus) ilə görüşəcək.

Tokio olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynov isə Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb və Adlan Akiyevə (Rusiya) rəqib olub.

Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!