İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
"Yeni Sabah" xəbər verir ki, İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulur.
Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. pizza
İslambek Dadov təsnifat mərhələsində macar həmkarı ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub.
Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb.
Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisiylə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiylə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.
Orxan Nuriyev ilk görüşdə polşalı rəqibiylə bacarmayıb.
Qeyd edək ki, bu çəkilərdə yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
60 kq
Təsnifat: Murad Bazarov - Yakopo Sandron (İTA) 2:1
1/4 final: Murad Bazarov - Gevorq Qaribyan (ARM) 0:8
67 kq
Təsnifat: İslambek Dadov - Kristian İştvan Vança (HUN) 7:8
72 kq
1/8 final: Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (BUL) 6:1
1/4 final: Ülvü Qənizadə - Frank Ştebler (GER) 0:8
82 kq
1/8 final: Rafiq Hüseynov - Tirone Sterkenburq (NED) 8:0
1/4 final: Rafiq Hüseynov - Boqdan Kurinnoy (SWE) 3:2
1/2 final: Rafiq Hüseynov - Çiro Russo (İTA) 7:1
97 kq
Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (POL) 0:9
Telegram kanalımız