Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Yenisabah.az-ın xəbərinə görə, 86 kq. çəkidə yarışan dağıstanlı milliləşdirilmiş idmançımız Abubakr Abakarov bu gün final görüşünə çıxacaq. O, həlledici görüşdə San Marino təmsilçisi Miles Nazim Aminlə mübarizə aparacaq. Turan Bayramov (74 kq.) və Osman Nurməhəmmədov (92 kq.) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, bu çəkilərdə medal görüşləri martın 30-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. pizza hut
Xatırladaq ki, dünən sərbəst güləşçilərimiz Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.
Telegram kanalımız