Güləşçimiz dünya çempionatında bürünc qazandı

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz dünya çempionatında bürünc qazandı

İdman

20 Avqust 2024 22:59 346


Azərbaycan güləşçisi Əmrah Əmrahov (48 kq) İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Boqdan Makarovetsi 3:1 hesabıyla üstələyərək yarışa qələbə ilə başlayıb.

Lakin o, 1/4 finalda iranlı Armin Şamsipourhacıya uduzaraq (0:8) qızıl medal qazanmaq şansını itirib. pizza

Əmrahov təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova heç bir şans tanımayaraq (9:0) bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Güləşçimiz bu mərhələdə qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!