Güləşçimiz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi

İdman

22 Oktyabr 2022 17:14 1075


Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

Yenisabah.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hrayr Alixanyanı məğlubiyyətə uğradıb.

Qadjiyev finala gedən yolda Vasile Diakonla (Moldova) güləşəcək. Toyuqlu pizza

125 kq-dakı Vaxit Qalayev eyni raundda Alişer Yergaliyə (Qazaxıstan) uduzub. 61 kq-da yarışan İntiqam Vəlizadə 1/8 finalda Elkin Santaya (Kolumbiya) yenilib.

Bu gün həmçinin 70 kq-dakı Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kq-dakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!