Güləşçimiz dünya çempionatında finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz dünya çempionatında finala yüksəldi

İdman

31 İyul 2023 21:11 857


Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində start götürən U-17 dünya çempionatında finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda özbəkistanlı İslambek Kərimcanova 12:4 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi Zaur Beslekoyev (AİN) olacaq.

48 kq-da çıxış edən Elnar Ziyadov və 80 kq-da mübarizə aparan Elmin Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Onlar müvafiq olaraq, Maksim Bradyak (AİN) / Haruka Şiina (Yaponiya) cütünün qalibi və Erik Matevosyan (Ermənistan) ilə qarşılaşacaqlar. pizza mizza

Qeyd edək ki, dünya çempionatı avqustun 6-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!