Güləşçimiz dünya çempionatında finala yüksəldi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz dünya çempionatında finala yüksəldi - Foto

İdman

02 Sentyabr 2024 23:49 506


Azərbaycan güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatında finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından (AGF) məlumat verilib.

Bildirilib ki, o, 1/8 finalda serbiyalı Andriya Mixaloviç, 1/4 finalda ermənistanlı Ruben Gevorqyan, yarımfinalda isə qazaxıstanlı Temirlan Turdakin üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb. Dördpendirli pizza

Səmədovun finaldakı rəqibi qırğızıstanlı Asan Janişov olacaq.

Digər güləşçilərimizdən Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq) və Məzaim Mərdanov (130 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, medal uğrunda görüşlər sabah keçiriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!