Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Yenisabah.az xəbər verir ki, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-roma güləşçiləri mübarizəyə qoşulub.
87 kq-da mübarizə aparan Laçın Vəliyev finala gedən yolda niderlandlı Tirone Stekelenburqla qarşılaşıb. Rəqibinə 1:4 hesabı ilə uduzan idmançı bürünc medal uğrunda güləşəcək. Sezar pizza
130 kq çəki dərəcəsindəki Sərxan Məmmədov isə yarımfinalda yunanıstanlı Nikolaos Ntuniasa 3:2 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.
Azərbaycanın digər güləşçilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov (63 kq) rəqibləri finala çıxdığı üçün təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq. Əliyev türkiyəli Adem Burak Uzunla, Babaşov isə iranlı İman Husseyn Xon Məhəmmədi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 77 kq-da yarışan Elcan Məmmədov isə dünya çempionatı ilə vidalaşıb.
Bu çəkilərdə təsəlliverici və medal qarşılaşmaları avqustun 21-də keçiriləcək.
Mehri Qurban
Telegram kanalımız