Güləşçimiz ermənini məğlub edib finala çıxdı - Avropa çempionatında

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz ermənini məğlub edib finala çıxdı - Avropa çempionatında

İdman

10 Fevral 2020 19:23 1243


Güləşçimiz Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib. 

"Yeni Sabah" xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyanı məğlub edib və final görüşündə çıxış edəcək. 

O, rəqibini 3:0 hesabı ilə məğlub edib. Süleymanov final qarşılaşması sabah keçiriləcək.  pizza

Qeyd edək ki, güləşçimiz Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla münasibətinə aydınlıq gətirib və rəqibini 5:3 hesabı ilə məğlub edib. Süleymanov 1/8 finalda İtaliya təmsilçisi Matteo Maffetsoliyə də heç bir şans verməyib - 7:0. Pəhləvanımız 1/4 finalda yunanıstanlı Georgios Prevolarakis üzərində inamlı qələbə qazanıb. O, son saniyələrdə işlətdiyi gözəl fəndlə rəqibini "tuşe" ilə məğlub edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!