Güləşçimiz ermənini məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz ermənini məğlub etdi

İdman

01 May 2021 13:43 1024


Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində Azərbaycan millisi 2 medal qazanıb.

Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumatına görə, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışda Cəbrayıl Hacıyev (70 kq) birinci, Sabir Cəfərov (65 kq) ikinci yeri tutub.

Hacıyev final görüşündə Rusiyanı təmsil edən erməni əsilli Arsen Balayana qalib gəlməklə, qızıl medala yiyələnib. Ev sahibi Danil Xarçilava ilə qarşılaşan Cəfərov isə 0:5 hesabı ilə uduzaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Pepperoni pizza

Beləliklə, 3 güləşçiylə xatirə turnirinə qatılan komandamız yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!