Güləşçimiz erməniyə qalib gəlib dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz erməniyə qalib gəlib dünya çempionu oldu

İdman

22 Avqust 2021 17:59 1722


Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi adına yiyələnib.

Yenisabah.az xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan pəhləvanımız Rusiyanın Ufa şəhərində təşkil olunan mundalda çempion tituluna yiyələnib.

Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn Cəfərov həlledici görüşdə Sahak Ovanisyana (Ermənistan) da gücünü göstərib. O, rəqibini 7:0 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib. pizza mizza

Həsrətdən öncə bürünc medal görüşündə Şerməhəmməd Şaribcanovla (Özbəkistan) üz-üzə gələn Nihat Məmmədli də qələbə qazanıb. 5:1 hesabı ilə qalib gələn təmsilçimiz dünya çempionatını 3-cü yerdə bitirib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən daha öncə Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!