Güləşçimiz finalda ermənini məğlub edib əsgər salamı verdi

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz finalda ermənini məğlub edib əsgər salamı verdi

İdman

19 İyun 2021 21:15 1366


Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında mübarizəyə qoşulub.

Yenisabah.az xəbər verir ki, 6 güləşçimizdən biri qızıl medal qazanıb, ikisi isə finala yüksəlib.

55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukiasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son 1 dəqiqədə 7 xal götürərək, rəqibini məğlub edib. pizza mizza

Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.

Digər güləşçilərimizdən 45 kq-da Rahim Həsənov finalda Nikita Dementiyevlə (Ukrayna) qarşılaşacaq.

60 kq çəki dərəcəsində mübarizə aparan Fərid Xəlilov finalda Levente Levayla (Macarıstan) üz-üzə gələcək.

71 kq-dakı Ruslan bürünc medal uğrunda yarışacaq. 51 kq-da çıxış edən Pərviz Dadaşov isə təsəlliverici görüşdə Erzu Zakriyev (Rusiya) ilə qüvvəsini sınayacaq.

92 kq-da yarışan Cavidan Nuri isə 1/8 finalda mübarizəni dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!