Avropa çempionatı: Güləşçimiz Sabah Şəriəti finalda

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Güləşçimiz Sabah Şəriəti finalda

İdman

21 Aprel 2023 20:27 1224


Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 130 kq-da yarışan idmançı finala gedən yolda Yakobi Kajaya (Gürcüstan) ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən adını finala yazdırıb. O, həlledici görüşdə Rza Kayaalpla (Türkiyə) güləşəcək. Dördpendirli pizza

Bununla da Azərbaycanın finala çıxan yunan-Roma güləşçilərinin sayı üçə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) qızıl medal görüşünə vəsiqə qazanıb.

87 kq-da çıxış edən İslam Abbasovun 1/4 finalda məğlub olduğu Ali Cengiz (Türkiyə) finala yüsəldiyindən, Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak hüququ əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!