Güləşçimiz yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz yarımfinala yüksəldi

İdman

08 Oktyabr 2021 16:51 665


Norveçin paytaxtı Oslodakı güləş üzrə Dünya çempionatı davam edir. 

Yenisabah.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayıb.

60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib. Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib. Toyuqlu pizza

97 kq-dakı Murad Lokyayev Pontus Lundu (İsveç) yensə də, Vilius Laurinaitisin (Litva) müqavimətini qıra bilməyib. Stepan Davida (Çexiya) qalib gələn Beka Kandelaki (130 kq) isə Yakobi Kajayaya (Gürcüstan) uduzub.

Lokyayev və Kandelaki rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşlərə qatılacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!