Güllələnəndən sonra Fazil Mustafanın ilk görüntüləri yayıldı   - Maraqlı video

saytların hazırlanması

Evə çatdırılma

Güllələnəndən sonra Fazil Mustafanın ilk görüntüləri yayıldı - Maraqlı video

Maraqlı

19 May 2023 15:45 8563


Ötən ay  Bakıda silahlı hücuma məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın sarğıda olan qolu açılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabında məlumat verib. O, bir müddət sonra yenidən idmana qayıtmağı arzuladığını da qeyd edib: 

“Nəhayət, Allaha şükürlər olsun ki, qolumuz açıldı. İnşallah, yolumuz da açılacaq! Həkimlərimiz var olsun. Dualarını əsirgəməyən insanlarımız var olsun. Düşmənlərimizi də Allah islah etsin. Ay yarım sonra ilk dəfə idi ki, namazı da qaydalara uyğun qılmağa başladım. Ayaqlarım məni “mahcub” etmədi. Qolumun reabilitasiya prosesi də davam edəcək, ümidim var ki, siyasi həyata qayıtdığım kimi, futbol, basketbol sahələrinə də qayıtmaq mümkün olacaq. Yenidən mübarizənin ön sıralarında olmalıyıq və olacağıq! Allah millətimizi və dövlətimizi qorusun!” Toyuqlu pizza

Xatırladaq ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılmışdı. F.Mustafa çiyin nayihəsindən və ayağından yaralanmışdı.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!