Gülnarə Kərimova həbsdən azad edilib?

saytların hazırlanması

Evə çatdırılma

Gülnarə Kərimova həbsdən azad edilib?

Dünya

23 Aprel 2025 14:37 650


Özbəkistanın Ali Məhkəməsi keçmiş prezidentinin böyük qızı Gülnarə Kərimovanın həbsdən azad olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınma ittihamı ilə təqsirli bilinib, 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi cinayət birliyi yaratmaq, hədə-qorxu ilə tələb etmə və oğurluq maddələri ilə bağlı yeni cinayət işində Kərimovanın həbs müddətini 13 il 4 aya qədər artırıb. O, cəzasını Daşkənd vilayətindəki qadın həbsxanasında çəkir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!