İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya məxsus İsveçrədə müsadirə edilmiş vəsaitlərdən daha 95 milyon dollar Özbəkistanın xəzinəsinə qaytarılıb.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fozilkərimov bildirib.
Onun sözlərinə görə, ümumən 131 milyon dolların qaytarılması ilə bağlı razılıq əldə olunub. Bu günə qədər İsveçrədən əvvəllər alınmış vəsaitin 87 milyon dolları səhiyyə və təhsil sahələrinə yönəldilib. pizza hut
Fozilkərimov bildirib ki, hazırda Belçika ilə vəsaitlərin qaytarılması istiqamətində iş aparılır.
"Söhbət 108 milyon dollardan gedir. Gələcəkdə bu barədə əlavə məlumat verəcəyik", - nazirlik nümayəndəsi qeyd edib.
Telegram kanalımız