Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi, tənqid atəşinə tutuldu - Foto

Siyasət

06 İyun 2020 14:41 2913


Milli Şuranın üzvü Gültəkin Hacıbəyli YAP-çı deputat Siyavuş Novruzovun ötən gün parlamentdə hakimlərlə bağlı etdiyi təklifi dəstəkləyib. 

Yenisabah.az xəbər verir ki, Siyavuş Novruzov Avropa Məhkəməsinin çıxardığı təzminat qərarlarının hakimlərin maaşından çıxarılmasını təklif edib: "Hakimin prosedur qaydalarını pozmasına görə Avropa Məhkəməsi Azərbaycana qərar çıxarır. Həmin pul isə Azərbaycan vətəndaşının ödədiyi vergiylə zərərçəkmiş şəxsə qaytarılır. Halbuki bu pul hakimlərin əməkhaqqından tutulmalıdır”.

Siyavuş Novruzov qeyd edib ki, bu yaxınlarda Avropa Məhkəməsinə bir nəfərin yerli məhkəmənin qərarından etdiyi şikayət əsasında 230 min manat təzminat təyin edilib.  Dominos pizza

Gültəkin Hacıbəyli deputatın təklifini dəstəkləyib və "Facebook"da bu barədə paylaşım edib. Paylaşımına, “Siz yaxşı təkliflər verin, biz dəstəkləyək! Dəstəkləyirəm”, - deyə başlıq yazan Hacıbəylini izləyicilər tənqid atəşinə tutublar: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!