Gülüş hədəfinə çevrildi: “Ondansa, Faiq Ağayevi transfer edərdiniz” - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gülüş hədəfinə çevrildi: “Ondansa, Faiq Ağayevi transfer edərdiniz” - Foto

İdman

11 Yanvar 2020 07:58 1519


Xəbər verdiyimiz kimi, "Neftçi” İrandan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahanı 1,5 il müddətinə heyətinə qatıb. 

Yeni Sabah.az xəbər verir ki, klub rəhbərliyinin transferi azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə tərəfdarlar futbolçunun qısaboylu olmasını tənqid edib, gülüş hədəfinə çeviriblər.

Yeni transfer barədə “Ondansa, Faiq Ağayevi transfer edərdiniz”, “Bunun 1 “razmer” böyüyü yox idi?”, “Neçənci sinifdə oxuyur?”, “İrandan qaçaqmalçılıq yolu ilə mal keçirənlərə oxşayır”, “Buna pas verilsə, başının üstündən keçəcək”, “Bunu uzağı siqaret almağa göndərəsən. Bu nə futbolçudur?”, “Bu əziyyət çəkib şortik geyinməsin, köynək “kakraz” bütün bədəni boydadır”, - deyə tənqidi şərhlər yazılıb.  Sezar pizza

Qeyd edək ki, futbolçunun boyunun 1.65 santimetr olduğu bildirilir.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!