Gülüstan Əliyeva: “Girdim tikanlığa, dedim ki, Allah məni cəzalandırsın...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Gülüstan Əliyeva: “Girdim tikanlığa, dedim ki, Allah məni cəzalandırsın...“ - Video

Şou

16 May 2021 19:02 4710


Məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramının qonağı bu dəfə Əməkdar artist Gülüstan Əliyeva olub.

Yenisabah.az xəbər verir ki, müğənni stilistin suallarını cavablandırıb. O, illər əvvəl oğlunu döyməsindən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Kənddə qayınatamgillə gedirdik soğan alağına. Oğlum Rüfətin 1 yaşı olardı. Arxamca ağlayırdı. Evdə 7-8 adam var idi. Kişi demirdi ki, qayıt, uşağın balacadır. Uşaq arxamca elə ağlayır ki... Qayıtdım onu necə döydümsə, əlimdə qaldı (ağlayır). Özümü ona görə hələ də bağışlaya bilmirəm. Getdim soğan alağına. Döydüyüm üçün də pisəm. Sarı tikanlar var idi. Hirsimdən ayaqlarımı soyundum girdim tikanın içinə. Dedim, uşağımı döydüm, Allah da məni cəzalandırsın. Heyfimi özümdən belə çıxdım". pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!