Gülüstan Əliyeva işdən qovulmağından danışdı: “Qışqıra-qışqıra ağlayırdım“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Gülüstan Əliyeva işdən qovulmağından danışdı: “Qışqıra-qışqıra ağlayırdım“ - Video

Mədəniyyət

13 Yanvar 2021 10:45 1891


Əməkdar artist Gülüstan Əliyeva işinə mane olan sənət yoldaşlarından danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan sənətçi vaxtilə işdən qovulması haqda danışıb:

 “O vaxt konsert üçün 15 gün gərgin məşqlər oldu. Son gün geyimdə bizə sonuncu dəfə baxdılar, hər şey hazır idi. Konsertin başlamağına üç saat qalmış mənə dedilər ki, sən çıxış etməyəcəksən, sənin yerinə başqa sənətçi olacaq. 12 gün başqa işimi qoyub məşqə getmişdim deyə o işimdən də atıldım. Dedilər ki, iş vaxtı məşqlərə gedirsiniz.  Mən onda Muğam Teatrında çalışırdım, məşqlərə qatılmadığıma, işə gəlmədiyimə görə işdən çıxardılar. Üstəgəl konsert üçün 12 gün sərf etməyimə baxmayaraq konsertdən çıxarıldım. Oradan çıxıb taksiyə mindim. Özümü atdım taksiyə, qışqıra-qışqıra ağlayırdım. Taksi sürücüsü şok olmuşdu ki, ay qızım, sənə nə olub, özünü ələ al. İnanın, o qədər stress keçirdim ki. Belə şeylər çox olub”. Marqarita pizza

Həmi görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!