Gülyaz Məmmədova boşanmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Gülyaz Məmmədova boşanmasından danışdı

Şou

24 Noyabr 2021 14:17 1617


Xalq artisti Gülyaz Məmmədova keçmiş ərindən danışıb.

Yenisabah.az xəbər verir ki, MTV telekanalında yayımlanan “Üzə Düz” proqramında qonaq olan sənətçi boşansalar da, eks-həyat yoldaşı ilə əlaqəsini danmayıb:

"Heç bir qadın boşanmaq istəməzdi. Sadəcə, keçmiş ərim uzaq ölkədə yaşayırdı. Xarakterimiz uyğun olub da, olmayıb da. Elə şeylər var ki, danışmaq istəmirəm. Onunla əlaqəmiz var, bir kənddənik, qohumuq, bir sinifdə oxumuşuq. Oğlumun atasıdır. Mən ona xoşbəxtlik arzulayıram. O xoşbəxt olsa, sevinərəm ki, ailəsi, övladları var. Kiminsə qəminə sevinmirəm. Düzdür, insanlar daha çox başqasının həyatını müzakirə edirlər, amma qoy etsinlər”. pizza sifarişi

Sənətçi ikinci dəfə ailə qurmamasından da bəhs edib:

“İnsan sevəndə peşman olmur, əksinə, o insanın hər xasiyyətini qəbul edir. Kənar fikirlər də təsir etmir. İkinci dəfə ailə qurmadım. Heç kimə görə yox... Bu Allahın işidir. Allah bir anda insanın taleyini elə dəyişər ki... Getmirəm dediyin anda gedərsən. Allahın mənə yazısı nə olubsa, o da olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!