Gümrüdə mer vəzifəsinə namizədin ofisində axtarış aparılır

saytların hazırlanması

Evə çatdırılma

Gümrüdə mer vəzifəsinə namizədin ofisində axtarış aparılır

Hadisə

27 Mart 2025 14:49 308


Ermənistanın hüquq-mühafizə orqanları Gümrüdə mer vəzifəsinə namizəd, "Şərəfim var" fraksiyasından parlament üzvü Martun Qriqoryanın da ofisində axtarışlar aparır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.

"Hazırda polis və Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrüdə "Ana Ermənistan" blokunun ofisində axtarış aparır, işimizə mane olurlar", - deyə məlumatda deyilir. Sezar pizza

Axtarışlar blokun təşkilati məsələlərlə məşğul olan üzvlərindən biri Ara Voskanyanın evində də aparılıb.

Fraksiya həyata keçirilən axtarışları şəhərin Ağsaqqallar Şurasına seçkidə iştirak edən müxalifət qüvvəsinə hakimiyyətin hücumu kimi qiymətləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!