AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin üzvü Anar Xanlarov bu dəfəki iclasda başlarına gələn hadisədən danışıb.
“Yeni Sabah” xəbər verir ki, A.Xanlarov komitənin üzvlərinə təzyiqlər olduğunu və iclas keçirdikləri otelin qapılarını onların üzünə bağladıqlarını söyləyib:
“Futbol ictimaiyyətinin AFFA Həmkarlar İttifaqı dünən 2020-ci ildə ikinci toрlantısını keçirdi. Bəribaşdan deyim ki, ittifaqa və onun üzvlərinə qarşı təzyiqlər hədsiz dərəcədə artıb. Xüsusilə, bölgələrdən olan və AFFA əməkdaşı olan bəzi üzvlərimizə açıq şəkildə deyilib ki, təşkilatdan çıxmasanız, heç bir təyinat almayacaqsınız. Bundan başqa, son aylarda toplaşdığımız məkandan da bizə qadağa qoyuldu. Bildiyiniz kimi, AFFA-nın təzyiqindən qorunmaq üçün iclaslarımızı keçirdiyimiz məkanların adlarını gizli saxlayırıq. Məlum otel şousu haqsız olmadığımızı sübut etdi. Qadağa qoyuluğu üçün artıq məkanın adını açıqlaya bilərəm. Söhbət “Marafon”dan gedir. Noyabr ayından bu yana ayda 2 dəfə məhz həmin məkanda toplaşırdıq və etiraf edim ki, daim xoş üz görürdük. Bu gün də plana uyğun olaraq, növbəti toplantı üçün həmin məkana getmişdik. Lakin çatanda məlum oldu ki, toplantımıza icazə verilməyəcək. Bildirildi ki, bu haqda rəhbərlik tapşırıq verib. Deyilib ki, o təşkilatın bir daha orda toplantı keçirilməsinı icazə verilməsin. Gün kimi aydındır ki, yenə tapşırıq haradan gəlib. Sadəcə anlamıram ki, insan hara qədər cılızlaşa bilər? Cılızlaşdığınız qədər cılızlaşmısınız onsuz da. Biz məkan tapıb, yenə öz toplantılarımızı keçirib fəaliyyətimizi, mübarizəmizi davam etdirəcəyik”. Pepperoni pizza
O, təzyiqlərin artmasının səbələrindən də söz açıb:
“Təzyiqlərin daha da artması isə təsadüfi deyil. İttifaqa qoşulmaq istəyən futbol adamlarının, bölgələrin azarkeşlərin sayı durmadan artır. Son 1 ayda daha 24 nəfər ittifaqa qoşulub və üzvlərin sayı 487-dən 511-ə yüksəlib. Hazırda tək mənim özümdə 10-a yaxın şəxsin ərizəsi var, qol çəkdirib ittifaqa təhvil verməliyəm.
Bundan başqa ölkə başçısına göndərdiyimiz məktub da artıq ünvanına çatıb. Bununla bağlı bildiriş də gəlib. Çoxları düşünürdü ki, kimdir bu məktuba baxan? Kimdir onu qəbul edən filan. Amma göründüyü kimi məktub ünvana çatıb və yəqin ki, baxılıb ən azı yaxın 1 ay ərzində cavab veriləcək. Bir məlumat da daxil olub ki, AFFA-dan tez-tez prezident aparatı ilə əlaqə saxlayırmışlar ki, filan yerdən filan şəxslərdən məktub almısınız ya yox. Kefləri pozulacaq, amma dediyim kimi məktub ünvana çatıb. Deyilənə görə Elxan Məmmədov yaxın günlərdə dəbdəbəli otellərin birində futbol veteranları ilə görüş keçirməyi planlaşdırır. Guya onların qayğısına qaldıqları görüntüsü yaratmaq üçün...”.
Telegram kanalımız