Günay Ağamalı Biləsuvarın Əliabad kəndində seçicilərlə görüşdü - Video + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı Biləsuvarın Əliabad kəndində seçicilərlə görüşdü - Video + Fotolar

Siyasət

20 Avqust 2024 16:41 520


Deputatlığa namizəd Günay Ağamalı Biləsuvar rayonunun Əliabad kəndində seçicilərlə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova, Günaydın Əhədova və Elçin Quliyev namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər. pizza

Görüşə gəldiklərinə görə seçicilərə təşəkkürünü bildirən Güny Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə ağsaqqallardan, ağbirçəklərdən böyük xeyir-duasi aldığını bildirib. O, Biləsuvarın igid və qəhrəmanların yurdu olduğunu söyləyib, bu torpağın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi vətənpərvər, qorxmaz, gənc nəsillərə örnək olan oğullar yetirdiyini xüsusi olaraq qeyd edib.

Sonra deputatlığa namizəd seçki platforması barədə seçicilərə ətraflı məlumat verib. G.Ağamalı platformasının Salyan-Biləsuvar-Neftçala rayonları ilə bağlı öhdəliklər, erkən nigah, peşə təhsili, şəhid ailələrinə, yaşlı insanalara, kimsəsiz qocalara diqqət yetirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi və digər istiqamətləri əhatə etdiyini söyləyib.

Seçicilər sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Günay Ağamalıya uğurlar arzulayıblar və ona səs verəcəklərini bildiriblər.

Daha sonra Günay Ağamalı seçicilərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb. O, dəstəyə görə kənd sakinlərinə təşəkkürünü bildirib, deputat seçiləcəyi təqdirdə seçicilər tərəfindən qaldırılan məsələlərin həlli üçün səlahiyyəti çərçivəsində səylə çalışacağını vurğulayıb.

Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!