65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 27 avqust 2024-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində seçicilərlə görüşüb.
Yenisabah.az xəbər verir ki, Günay Ağamalı görüşdən əvvəl Biləsuvar rayonunun Xırmandalı kəndində dəfn olunan şəhidlərin məzarlarını ziyarət edib, onların ruhuna dualar oxuyub.
Seçicilərlə görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dördpendirli pizza
Tədbirdə çıxış edən Günay Ağamalı Biləsuvar torpağının igid oğulların, Mübariz İbrahimov kimi qəhrəmanların Vətəni olduğunu, biləsuvarlıların xalqına, dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə sadiq insanlar olduğunu söyləyib. O, təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərində ağsaqqallardan, ağbirçəklərdən, ziyalılardan, şəhid ailələrindən və sadə insanlardan aldığı xeyir-duanın ona gələcək fəaliyyətində uğur gətirəcəyinə əminliyini bildirib.
Milli Məclisə növbədənkənar seçkilərə namizədliyinin Ana Vətən Partiyası tərəfindən irəli sürüldüyünü bildirən Günay Ağamalı “Biz Ulu Öndərimiz Heydər Əliyevin yardıcısı və qurucusu olduğu müqəddəs yolun yolçularıyıq və davamçılarıyıq” deyərək, Umummilli Liderin siyasi kursunun və dövlətçilik konsepsiyasının cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qürurla görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra, G.Ağamalı seçki platforması haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Seçiciləri növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə səsləyib. O, deputat seçiləcəyi təqdirdə seşicilərin problemlərinin həlli üçün səlahiyyətləri çərçivəsində səylə çalışacağını bildirib.
Görüşdə çıxış edən kənd ağsaqqalları Akif Kazımov və Seyidağa İbrahimov Günay Ağamalıya xeyir-dua verərək, görüş iştirakçılarını qarşıdan gələn parlament seçkilərində ona səs verməyə dəvət ediblər.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində seçicilərlə görüşləri davam edir.
Telegram kanalımız