Günay Ağamalı yayılan videoya münasibət bildirdi:   “Ailəmə, övladlarıma...“

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı yayılan videoya münasibət bildirdi: “Ailəmə, övladlarıma...“

Sosial

26 Noyabr 2025 15:29 27483


"Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır. Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və  övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir". 

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib. 

G.Ağamalı bildirib ki, yayılan videodakı şəxs onun övladı deyil: "Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi  baxımdan yolverilməzdir". pizza sifarişi

Deputat xatırladıb ki, hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir:

"Bizi yolumuzdan heç kim çəkindirə bilməz.

Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və  xalqımızın  mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq.

Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri  qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram". 

Qeyd edək ki, Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. Videoda boynunda xaç olan bir gənc xanım rəqs edir. İddialara görə həmin xanım dinini dəyişib. 

Əsmətxanım Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • SAMİR
    İş yerlərində kişiyə Müdür qadına müdürə Məktəbdə kişiyə Müəllim qadına müəllimə deyilir Milli məclisdə hamısına niyə deputat deyilir?
    6 months ago