Günay Ağamalı Salyanda şəhid Əli Tağıyevin doğum günündə iştirak etdi - Video + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı Salyanda şəhid Əli Tağıyevin doğum günündə iştirak etdi - Video + Fotolar

Siyasət

30 Avqust 2024 20:57 925


Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Əli Tağıyevin doğum günündə iştirak edib.

Yenisabah.az xəbər verir ki, mərasimdə 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan uğrunda döyüşlərdə 19 yaşında Şəhid olan Əli Tağıyevin qısa və şərəfli ömür yolundan söz açılıb.

Günay Ağamalı şəhid ailələri ilə bütün görüşlərinin onda böyük qürur hissi yaratdığını söyləyib, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçərək, Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın igidliyindən, Vətən sevgisindən danışıb. Marqarita pizza

O, “Şəhidlərimiz bizim qürurumuzdur. Onların adını və xatirəsini yaşatmaq hamımızın müqqəddəs borcudur” deyərək, deputat seçiləcəyi təqdirdə hər zaman şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin yanında olacağını bildirib. 

Günay Ağamalı Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərdikləri diqqət və qayğıdan da ətraflı danışıb. 

Mərasimdə iştirak edən şəhid anaları Günay Ağamalıya xeyir-dua verərək, növbədənkənar parlament seçkilərində ona səs verəcəklərini bildiriblər.

Günay Ağamalı 29 Avqust 2024-cü ildə, eyni zamanda, Salyan rayonunda dəfn olunan 44 günlük Vətən müharibəsi şəhidləri Əli Tağıyevin və Vidadi Əhmədovun məzarlarını da ziyarət edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!