Günay Ağamalı şəhid Kamran Quliyevin ailəsini ziyarət etdi - Video + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Günay Ağamalı şəhid Kamran Quliyevin ailəsini ziyarət etdi - Video + Fotolar

Siyasət

26 Avqust 2024 19:52 844


Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda şəhid Kamran Quliyevin ailəsini ziyarət edib.

Yenisabah.az xəbər verir ki, səmimi keçən görüşdə şəhidin qısa və şərəfli ömür yolundan, uşaqlığından, 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışılıb.

Şəhidlərimizin qürur, and yerimiz olduğunu deyən Günay Ağamalı şəhid ailələri ilə bütün görüşlərinin ona böyük fəxarət hissi yaşatdığını söyləyib. O, 44 günlük Qarabağ müharibəsində Tovuz uğrunda gedən döyüşlərdə şücaətlə döyüşən və Füzuli istiqamətində gedən döyüşlərdə 28 yaşında Şəhadətə ucalan Kamran Quliyevin qəhrəmanlıqarından, Vətən sevgisindən söz açıb. Qeyd edib ki, xalqımız Kamran kimi qəhrəman oğullarımızı, şəhidlərimizi hec zaman unutmayacaq, onların igidliyi, şücaəti gələcək nəsillər üçün örnəkdir. Dominos pizza

G.Ağamalı dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan da danışıb. 

Şəhid Kamran Quliyevin anası Arzu Quliyeva və atası Dadaş Quliyev Günay Ağamalıya sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə uğurlar arzulayıblar, ona öz xeyir-dualarını veriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!