Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva keçmiş sevgilisi Taha Tatlıcını bıçaqladığını etiraf edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, məhkəmədə sərxoş olduğu üçün belə addım atdığını açıqlayıb: “Hadisənin baş verdiyi gün sevgilimlə restoranda yemək yedik, spirtli içki qəbul etdik. Mən də içkinin təsirindən mübahisə zamanı meyvə bıçağı ilə Tahanı yaraladım, sonra barışdıq. Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”.
Qeyd edək ki, Günay Musayeva türkiyəli aktyor Tolga Kareldən ayrılıb və bu nigahdan Cihangir adlı oğlu var. pizza sifarişi
Telegram kanalımız