Türkiyənin Rizə bölgəsində çay yığımında problem yaranıb.
Yenisabah.az xəbər verir ki, məhsul yığmağa işçi tapılmır. Buna səbəb mövsümi işlərdə çalışan 40 min Gürcüstan vətəndaşının koronavirus səbəbiylə öz ölkələrinə üz tutması olub. Rizə valiliyi vəziyyətin ciddi olduğunu, tonlarla məhsulun sahədə qaldığını açıqlayıb.
Qeyd edək ki, yerli fermerler çay yığmaq üçün işçilərə günlük 250 lirə (təxminən 70 AZN) təklif etsələr də, problemi yoluna qoya bilmirlər. Dördpendirli pizza
Telegram kanalımız