Mütəxəssislər bildirirlər ki, ən yaxşı yuxu saatları 23:00-03:00 arasıdır. Yetkin bir insan orta hesabla gün ərzində 6-8 saat yatmalıdır. Bununla belə, günə enerjili başlaya bilməyənlərə xəbərdarlıq edilib.
Yenisabah.az xəbər verir ki, səhərlər yorğun oyanmağın bəzi səbəbləri var.
Vaxtında yatmağınıza baxmayaraq, səhərlər yorğun oyanırsınızsa, bunun səbəbi vitamin çatışmazlığı ola bilər. Marqarita pizza
Mütəxəssislər yuxusuzluğa səbəb ola biləcək 5 vitamin çatışmazlığını qeyd edib.
Bədənin yaxşı işləməsi üçün vitaminlər son dərəcə vacibdir. Hər vitamin orqanizmdə fərqli funksiyalara malikdir. Bəzi vitaminlər yuxu prosesinin keyfiyyətində xüsusilə mühüm rol oynayırlar:
B12, D, C, və ya E vitaminləri buna misal ola bilər.
B12 vitamini orqanizmdə çətin sintez olunduğu üçün bədən onu xaricdən qəbul etməlidir.
Qırmızı qan hüceyrələrinin funksiyası, sinir sistemi və hüceyrə mübadiləsinin sağlamlığı kimi çox mövzuda təsirli olan B12 vitamini yalnız heyvan mənşəli qidalarda olur.
Məsələn, qaraciyər, dalaq, dəniz məhsulları olan alabalıq, tonbalığı, siyənək, eyni zamanda, süd, pendir, qatıq, yumurta kimi qidalarda B12 vitamini daha çox olur.
Nəzrin Musayeva
Telegram kanalımız