Güneldən Elməddinə ağır sözlər:  “Əgər sənə qız verirlərsə...“   - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Güneldən Elməddinə ağır sözlər: “Əgər sənə qız verirlərsə...“ - Qalmaqal

Şou

07 İyul 2021 15:07 5295


Aktyor Elməddin Cəfərov qalmaqal yaradacaq açıqlama verib. Canlı yayımda olan aktyor bildirib ki, oğlunun şou-biznesdə olan xanımla evlənməsinə razı olmaz.

Müğənnilərin də Elməddinə cavabı gecikməyib.

Yenisabah.az-a danışan müğənni Günel Ələkbərova (“Pişik” Günel) Elməddinin bu fikirlərini sərt tənqid edib: Dördpendirli pizza

“Elməddin özü aktyordur, səhnədədir, əgər ona qız verirlərsə, o niyə almır ki? Səhv eləmirəmsə, hərdən mahnı da oxuyur. Ona qız veriblərsə, deməli, oğluna müğənni də ala bilər, aktrisa da. Burda nə var ki? Niyə camaata belə fikirlər təlqin edirlər, müğənnilərə nə olub ki? Elə müğənni xanımlar var ki, çox gözəl ailəsi var. Təvazökarlıqdan uzaq olsa da, onlardan biri də mənəm. Allaha şükür, 9 ildən çoxdur ailəm də var, övladıma da baxıram, evimin hər işini də görürəm. Burda nə problem var? İnsanlara bu fikri yeritmək düzgün deyil, onsuz da son vaxtlar  müğənnilərin daşı ağırdır, daha da qıcıq yaratmasınlar. İkincisi, Elməddin, sən guya özün kimsən ki? Özün də şou-biznes adamısan, aktyorsan. Onda belə çıxır ki, aktyor, aktrisalarla heç kəs evlənməsin?! Nə dəxli var axı, sənət sənətdir, insanlıq da öz yerində”.

Qeyd edək ki, aktyor Lent.az-ın canlı yayımında bu fikirləri səsləndirmişdi: “Oğlum kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma onun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur". 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!