Günəş burada 65 gün sonra doğacaq

saytların hazırlanması

Evə çatdırılma

Günəş burada 65 gün sonra doğacaq

Sosial

21 Noyabr 2025 18:51 915


ABŞ-nin Alyaska ştatının ən şimaldakı yaşayış məntəqəsi olan Utqiagvik 65 günlük qütb gecəsinə daxil olub. 

"Yeni Sabah" xəbər verir ki, şəhərdə 24 saat qaranlıq hökm sürəcək və 22 yanvar 2026-ya qədər günəş doğmayacaq.

Təxminən 4 min 600 nəfərin yaşadığı qəsəbə qarşıdakı 65 gün ərzində günəşi heç görməyəcək.  pizza sifarişi

Quzey qütb dairəsindən təxminən 483 kilometr şimalda yerləşən Utqiagvik Şimali Amerikanın da ən uc nöqtəsindəki yaşayış məntəqələrindən biridir. 

Dünyanın ox əyikliyi səbəbilə qış aylarında günəş şüaları bölgəyə birbaşa çatmır, günlər qısalır və dekabrın gündönümündə ən qaranlıq dövr yaşanır.

Qütb gecəsi boyunca qəsəbəni işıqlandıra bilən yeganə işıq mənbəyi cənub üfüqündə gələn zəif alatoranlıq və bəzən göy üzünü bürüyən şimal işıqlarıdır. 

Temperaturun tez-tez sıfırın çox altına düşdüyü bölgədə günəşin yoxluğu gündəlik həyata da birbaşa təsir edir.

Bu uzun qaranlıq dövr bahar ayları ilə birlikdə bitir. May ayının ortalarından etibarən isə günəş bu dəfə heç batmır və Utqiagvik avqustun əvvəlinə qədər fasiləsiz gündüz dövrünə keçir. Bölgə sakinləri bunu qütb gecəsinin təbii əvəzlənməsi kimi qəbul edirlər.

Oxşar dövriyyə Cənub Qütbündə də yaşanır, lakin orada qütb gecəsi daha uzun çəkir. Cənub yarımkürəsində tək bir gecə demək olar ki, altı aya qədər davam edə bilir. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!