Günəşdə daha bir güclü partlayış qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Günəşdə daha bir güclü partlayış qeydə alındı

Hadisə

05 May 2024 16:14 581


Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

“Mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən X1.3 partlayışı aşkar edilib”, - məlumatda deyilir. pizza sifarişi

Mütəxəssislər həmçinin “M” sinifli üç partlayış qeydə alıblar.

Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!