Günəşdə güclü partlayışlar başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Günəşdə güclü partlayışlar başlayıb

Sosial

02 Noyabr 2025 13:55 245


Günəşdə iki həftəlik fasilədən sonra güclü partlayışlar yenidən başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Moskva vaxtı ilə saat 04 radələrində (Bakı vaxtı ilə saat 05:00-də - red.) ulduzun şərq kənarında M1.0 gücündə partlayış baş verib Toyuqlu pizza

Bu hadisə 3-9 noyabr həftəsində pik həddə çatacaq uzunmüddətli günəş aktivliyinin artmasının xəbərçisidir. Ulduzun sol kənarında Yerə doğru iki güclü aktivlik mərkəzinin meydana çıxdığı müşahidə olunur.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!