“Günəşli”dəki yanğında itkin düşən 2 neftçinin cəsədi 53 ay sonra tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Günəşli”dəki yanğında itkin düşən 2 neftçinin cəsədi 53 ay sonra tapıldı - Foto

Sosial

08 May 2020 01:40 1383


2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "Facebook" hesabında paylaşım edib.

Məlumata görə, cəsədi tapılan neftçilər 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur. Yaxınlarının məlumatına görə, cəsədləri tapılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər onların üzərində olub. Toyuqlu pizza

Xatırladaq ki, qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!