Güney Azərbaycan da tətil aksiyasına qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Güney Azərbaycan da tətil aksiyasına qoşuldu

Rəsmi

06 Dekabr 2022 23:18 874


Edilən çağırışlardan sonra İranın bir çox bölgələri ilə yanaşı Güney Azərbaycan şəhərlərində də tətil başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə güneyli sosial media fəalları məlumat yayıb.

Bildirilir ki, Təbriz, Urmu, Ərdəbil, Mahabad (Soyuqbulaq), Həmədan, Qəzvin və başqa bir neçə şəhərdə bazar, mağaza və istehsal müəssisələrinin əksəriyyəti bağlanıb. Sezar pizza

Qeyd edək ki, dekabrın 5-dən 7-ə kimi tətil aksiyalarının keçirilməsinə edilən çağırışdan sonra bir çox əyalətlərin buna qoşulması Tehran birjasının ümumi indeksinin əhəmiyyətli dərəcədə dəyər itirməsinə səbəb olub./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!