Güney Azərbaycanda duz zavodunun tikilməsinə etiraz

saytların hazırlanması

Evə çatdırılma

Güney Azərbaycanda duz zavodunun tikilməsinə etiraz

Hadisə

07 Yanvar 2024 23:01 659


İranın Salmas şəhərinin Qaraqışlaq kəndinin sakinləri kəndin ərazisində duz zavodunun açılmasına etirazlarını bildiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, Salmas və Urmiyadan göndərilən repressiv hökumət qüvvələri zorakılığa əl ataraq etirazçıları dağıtmağa çalışıblar. Baş verənləri videoya çəkən yerli sakinlərə qarşı isə sərt tədbirlər görülüb. pizza hut

Kənd sakinləri deyirlər ki, torpaqlarının Marağadakı “Kave Soda” zavodu kimi ölümcül maddələrin təsirinə məruz qalmasını istəmirlər. Həmin zavodun ətrafındakı yüzlərlə hektar kənd təsərrüfatı sahəsi zərərli maddələrin buraxılması səbəbindən artıq məhsuldarlığını itirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!