Güney Azərbaycanda qələbə şənlikləri keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Güney Azərbaycanda qələbə şənlikləri keçirilir

Siyasət

07 İyul 2024 19:38 627


Azərbaycanlı siyasətçi Məsud Pezeşkianın İranın 9-cu prezidenti seçilməsindən sonra Güney Azərbaycan şəhərlərində şənlik mərasimləri keçirilib.

Yenisabah.az Gunaz.tv-yə istinadən bildirir ki, bu barədə yerli sosial media kanallarında paylaşımlar edilib.

Təbriz, Urmu, Sulduz, Ərdəbil və başqa bir neçə şəhərlərdə küçələrə axışan azərbaycanlılar türk namizədin qələbəsini qeyd ediblər. Azərbaycan musiqi və mahnıları səsləndirilən mərasimlərdə iştirak edənlər, Pezeşkianı qeyri-fars xalqlara vəd etdiyi milli hüquqların həyata keçirilməsi üçün səy göstərməyə çağırıblar. Marqarita pizza

Qeyri-fars xalqların bir sıra nümayəndələri, Məsud Pezeşkianın qələbəsini türk və başqa qeyri-farslara düşmən olan fars miliyyətçilərinin məğlubiyyəti kimi qiymətləndiriblər.

Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, 16,384 milyon (53,6%) səs toplayaraq İranın 9-cu prezidenti seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!