Günnüt əməliyyatından 5 il keçir

saytların hazırlanması

Evə çatdırılma

Günnüt əməliyyatından 5 il keçir

Hadisə

20 May 2023 00:20 1094


Günnüt əməliyyatının başlanmasından 5 il keçir.

Yenisabah.az xatırladır ki, 2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub. pizza mizza

“Qızılqaya” və “Qaraqaya” dağlarında, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülüb.

Ümumilikdə 11 min hektara yaxın ərazinin, həmçinin dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı yaranıb.

Qeyd edək ki, Günnüt əməliyyatı 2018-ci ilin mayın 20-27-si tarixlərində baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!