“Gürcü Arzusu” müxalifətin tələbini qəbul etməyib

saytların hazırlanması

Evə çatdırılma

“Gürcü Arzusu” müxalifətin tələbini qəbul etməyib

Dünya

05 Noyabr 2020 17:43 833


“Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”.

Yenisabah.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze bildirib.

O, parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini deyib: “Seçkilərdən sonra müşahidəçi olan beynəlxalq təşkilatlar və dost ölkələrdən də müvafiq qiymətləndirmələr oldu. Növbədənkənar seçkilər səsvermə prosesinin saxtalaşdırıldığı zaman keçirilir. Proses zamanı bəzi kiçik qeyri-dəqiqliklər olub, lakin onlar yalnız texniki xarakter daşıyıb”. Sezar pizza

Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-də baş tutan parlament seçkilərindən sonra ölkədə siyasi gərginlik yaranıb. Qanunverici orqana keçən 8 müxalifət partiyası seçkilərin qeyri-legitim olduğunu bildirərək deputat mandatlarından imtina edib. Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin təyin olunmasını tələb edir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!