Gürcü Baş nazir:  “Rusiyaya sanksiya tətbiq edə bilmərik“

saytların hazırlanması

Evə çatdırılma

Gürcü Baş nazir: “Rusiyaya sanksiya tətbiq edə bilmərik“

Rəsmi

21 İyun 2022 16:40 926


"Gürcüstan milli maraqları və təhlükəsizlik problemlərinə görə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilməyəcək".

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətərdə keçirilən iqtisadi forumun panelində deyib.

"Açıq şəkildə bildirdik ki, biz, gürcülər çox təbii səbəbdən Rusiyaya qarşı milli iqtisadi sanksiyalar tətbiq edə bilməyəcəyik. Çünki milli maraqlarımız var, təhlükəsizlik problemlərimiz, iqtisadi çətinliklərimiz var. Bu, bizim əsas motivasiyamızdır", - deyə Qaribaşvili vurğulayıb. Pepperoni pizza

Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməkdən imtina edən yeganə ölkə deyil:

"Mən hökumət başçısı kimi xalqın təhlükəsizliyini düşünməliyəm. Təbii ki, siyasi baxımdan biz beynəlxalq ictimaiyyətin yanındayıq. Biz beynəlxalq tərəfdaşlarımızla - amerikalı və avropalı tərəfdaşlarla tam koordinasiyadayıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!